Paşinyan Azərbaycan yer adlarından istifadə etdi - VİDEO

Paşinyan Azərbaycan yer adlarından istifadə etdi -  VİDEO backend

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasındakı çıxışı sözün əsl mənasında erməniləri təəccübləndirib.

Trend-in məlumatına görə, çıxışı zamanı radikal düşüncəli erməni cəmiyyətini heyrətləndirən N.Paşinyan qəfildən Azərbaycan toponimlərindən istifadə etməyə başlayıb.

"Eyvazlı və Çayzəmi hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvoluna çevrilə bilər" - deyə N.Paşinyan çıxışı zamanı bildirib.

Qeyd edək ki, N.Paşinyan hökumətin iclasında Ermənistanın regionda sülhün bərqərar olması üzrə Türkiyədən müsbət siqnallar aldığını da qeyd edib. O bildirib ki, Ermənistan Türkiyədən alınan müsbət siqnallara müsbət siqnallarla cavab verəcək.

Diaspora