Ermənistan Türkiyədən müsbət siqnallar alıb - Paşinyan

Ermənistan Türkiyədən müsbət siqnallar alıb -  Paşinyan backend

Ermənistan regionda sülhün bərqərar olması üzrə Türkiyədən müsbət siqnallar alıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.

O bildirib ki, Ermənistan Türkiyədən alınan müsbət siqnallara müsbət siqnallarla cavab verəcək.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi Qarabağ münaqişəsi həll olmadan Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasının mümkün olmadığını bəyan edib.