Türkiyə Əfqanıstandakı səfirlik əməkdaşlarını da təxliyə etdi

Türkiyə Əfqanıstandakı səfirlik əməkdaşlarını da təxliyə etdi backend

"Türkiyə Əfqanıstandakı səfirliyinin əməkdaşlarını hərbçilərinin dislokasiya olunduğu Kabil hava limanı bölgəsinə köçürüb".

“RİA Novosti” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Səfirlik əməkdaşlarımızı hərbçilərimizin hava limanı rayonundakı dislokasiya məntəqəsinə köçürmüşük. Orada “Taliban” nümayəndələri ilə 3 saat yarımlıq danışıqlar aparılıb. Ehtiyac olsa, bu əlaqələr gələcəkdə də davam etdiriləcək”, - R.T.Ərdoğan deyib.