İran parlamenti ölkənin yeni xarici işlər naziri vəzifəsinə irəli sürülən namizədi təsdiqləyib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, İbrahim Rəisi administrasiyasında XİN rəhbəri Hüseyn Əmir Abdullahian olacaq.
Hələ təsdiqlənməzdən əvvəl o bildirib ki, nazir olduğu dövrdə əsas diqqəti qonşu ölkələrlə əlaqələrə və dünya gücləri ilə imzalanmış 2015-ci ilin nüvə sazişinə yönəldəcək.
Hüseyn Əmir Abdullhian peşəkar diplomatdır, o, XİN-də mətbuat katibi vəzifəsindən xarici işlər naziri vəzifəsinədək yüksəlib.
Xatırladaq ki, İslam Respublikasının Konstitusiyasına əsasən, adsministrasiyanın bütün 19 üzvü parlamentdə təsdiqlənməlidir.