Bu gün ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa, Asiya və artmaqda olan təhdidlər üzrə alt komitəsində Azərbaycanla bağlı dinləmələr keçiriləcək.
APA-nın məlumatına görə, "Azərbaycan: ABŞ-ın enerji, təhlükəsizlik və insan haqları maraqları" mövzusunda təşkil olunacaq dinləmələrdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, Vudro Vilson Beynəlxalq Araşdırmalar Mərkəzinin tədqiqatçısı Odri Alştadt və Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutunun direktoru Svante Kornel çıxış edəcəklər.Dinləmələrə Xarici Əlaqələr Komitəsinin sədri Ed Roysun sədrlik edəcəyi gözlənilir.