Sünni Taliban şiə İrana qarşı - Bu, ABŞ planıdır?

Sünni Taliban şiə İrana qarşı -  Bu, ABŞ planıdır? backend

Radikal ünsürlərin İslam Əmirliyinin çətiri altına toplanması ehtimalı İran üçün ciddi təhlükə yaradır. İstisna deyil ki, ABŞ-ın Talibanı önə çəkməsi bu bölgədə elə məzhəb qarşıdurmasının yaradılmasına hesablanıb.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Əfqanıstanda qurulması gözlənilən sünni İslam Əmirliyi ilə şiə İranı arasında mümkün qarşıdurma haqda danışarkən deyib.

“Çoxtərəfli prosesdə Talibanın sərgiləcəyi mövqe aydınlaşdırıcı faktor olacaq. Yəni ABŞ-ın bölgədən “minalarını yerləşdirmədən” ayrılmadığını düşünmə, Talibanın İslam Əmirliyi yaratması və monolit olmadığı, radikal qrupların mövcudluğu faktını kənara qoymaq çətindir. Əfqanıstanın Asiyanın cənub-şərqinə və mərkəzinə qeyri-stabillik gətirəcəyi ehtimalı daha güclü görünür”.

Diaspora