İran səfiri də Göyçəyə gəlib guya “hadisə yerinə” baxdı və ermənilərə başsağlığı verdi - FOTO

İran səfiri də Göyçəyə gəlib guya “hadisə yerinə” baxdı və ermənilərə başsağlığı verdi -  FOTO backend

ABŞ səfirindən sonra İranın İrəvandakı səfiri də Göyçə ilə Kəlbəcərin sərhədinə baş çəkib.

Moderator.az Sputnik Armenia-ya istinadən xəbər verir ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zoxuri səfirliyin hərbi attaşesi polkovnik Bəhmən Sadeginlə birlikdə Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin müşayiəti ilə Geqarkunik bölgəsinə səfər edib.

Hərbi hissənin komandiri, general-mayor Arayik Arutyunyan qonaqlara Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib.

Səfir və attaşe Yuxarı Şorca kəndi yaxınlığındakı sərhədi də ziyarət edib. İki ölkə arasındakı sərhəd mübahisələrinin davam etməsindən narahatlığını ifadə edən Zoxuri, hər iki tərəfin təmkinli olmasının və sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. O, son qarşıdurmalarda ölən erməni əsgərlərin ailələrinə də başsağlığı verib.

Zoxuri İranın Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün bərqərar olunmasına töhfə verməyə hazır olduğunu qeyd edib.

Diaspora