ABŞ rus diplomatlarını ölkədən çıxarır - vaxt qoyub

ABŞ rus diplomatlarını ölkədən çıxarır -  vaxt qoyub backend

ABŞ səlahiyyətliləri sentyabrın 3-dək 24 rusiyalı diplomatın ölkədən çıxarılmasını tələb edib.

APA xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov "National Interest" jurnalına müsahibəsində deyib.

Səfir diplomatların ölkədən çıxarılmasına səbəb kimi onların viza müddətinin bitməsini göstərib:

"Vaşinqton birdən-birə viza prosedurlarını sərtləşdirdiyindən, demək olar ki, diplomatlarımızın hamısı Rusiyaya dönəcək”.