"Türk millətinin birliyini bütün düşmənlərə göstərməyə çağırıram" - Qənirə Paşayeva

"Türk millətinin birliyini bütün düşmənlərə göstərməyə çağırıram" -  Qənirə Paşayeva backend

Bu sözləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə qardaş Türkiyəyə dəstək paylaşımında yazıb.

Qaziler.az xəbər verir ki, millət vəkili bununla bağlı sosial şəbəkədə paylaşım edib. O, hər kəsi meşə yanğınlarının cəngində olan qardaş Türkiyəyə maddi və mənəvi dəstək verməyə səsləyib.

Həmin paylaşımda deyilir:

“Qardaş Türkiyədə meşə yanğınlarında zərər görmüş yaşıllıqları bir an öncə bərpa etmək, təbiətin və insanların yaralarını sarmaq adına operativ addım atan bütun konül dostlarını, insansevərləri, təbiətsevərləri və əlbəttə, Türkiyəsevərləri alqışlayıram. Biz də TEMA Vəqfi üzərindən 500, ÖGEM Vəqfi üzərindən 100 fidan bağışında bulunaraq, bu işə öz dəstəyimizi ifadə etdik. Bütün dostlarımı, türk dünyası sevdalılarını Türkiyəyə mümkün dəstəyə, o cümlədən fidan bağışına çağırıram.

Yanğından ziyan görmüş bölgələri dəstəkləmək üçün bir aylıq əmək haqqımın əhəmiyyətli bir hissəsini Türk Kızılayına bağışladım. Bütün dünyada yaşayan qardaşlarımızı Türk millətinin birliyini bütün düşmənlərə göstərməyə çağırıram. Səninləyik Türkiyəm!"

Diaspora