İŞİD-ın əsiri, Quantanamonun məhbusu olan jurnalistlər Bakıdadır - FOTO

İŞİD-ın əsiri, Quantanamonun məhbusu olan jurnalistlər Bakıdadır - FOTO backend

Xəbər verdiyimiz kimi, Bakıda "Jurnalistlərin münaqişə zonasında davranışları: Təhlükısizlik və mühafizə qaydaları" mövzusunda təlim keçirilir.

Təlimdə iştirak edən Qaziler.az saytının əməkdaşı xarici ölkələrdən tədbirə dəvət edilən qonaqlarla bağlı maraqlı məlumatlar əldə edib.

Onun əldə etdiyi məlumata görə, Azərbaycan media nümayəndələri üçün ADA-da keçirilən təlimdə iştirak edən "Əl - Cəzirə" media şəbəkəsinin rəhbəri Sami Əl - Hacc Quantanamo həbs düşərgəsində həbsxana həyatı yaşayıb.

Təlimdə iştirak edən "Əl-Cəzirə"nin digər əməkdaşı Ömər Alhac Həzza adlı əməkdaşı isə uzun müddət dünyanı vahimədə saxlayan İŞİD silahlıları tərəfindən 1 ay əsir saxlanılıb.

Qaziler.az

 

Diaspora