"Dünya həmişə Türkiyəni terrorla tək qoyur" - "Qarabağ qaziləri" birliyinin sədri

"Dünya həmişə Türkiyəni terrorla tək qoyur" -  "Qarabağ qaziləri" birliyinin sədri backend

Türkiyədə baş verən yanğınlar hələ də davam edir. Yanğınlar əvvəlcə Antalyada başlasa da, daha sonra 7 ayrı əyalətə də yayılıb. 

Yanğınların kim tərəfindən törədilməsi ilə bağlı geniş müzakirələr davam edir. Bu müzakirələrdən biri də yanğının PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimalıdır.

Bildiyimiz kimi, Türkiyənin inkişafının qarşısını almaq üçün müxtəlif xain planlar hazırlanır, terror-təxribat fəaliyyətləri həyata keçirilir. 
"Terror təşkilatlarının, xain terrorçuların törətdikləri ilə Türkiyənin qarşısını ala bilməyənlər bu dəfə daha böyük miqyasda plan icra etməkdədirlər.

Hazırda qardaş ölkəin müxtəlif əyalətlərində baş verən yanğınların qəsdən törədildiyi, terror aktı olduğu ehtimalları çox böyükdür. 

Həmişə olduğu kimi indi də Azərbayacan Türkiyənin yanındadır". 

Bunu Qazilər.az saytına "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev bildirib. "Bu gün orada baş verən terror hadisələri bizi hiddətləndirir. Yanğın hadisələri zamanı ölənlər var. Bu, bizi çox üzdü. Allahdan dünyasını dəyişənlərə rəhmət diləyir, yaxınlarına başsağlığı veririk. 

Dünya ictimaiyyətini ikili standartlara son qoymağa çağırırıq. Dünyada türk dünyasına qarşı ikiüzlü siyasətə son qoyulmalıdır. Türkiyədə, Azərbaycanda  baş verən terror hadisələrinə dünya ictimaiyyəti göz yumur, görməzdən gəlir. Bu, yolverilməzdir. "Qarabağ qaziləri" birliyi Türkiyəyə yönəlik terror hadisələrini pisləyir və Türkiyənin yanında olduğunu bildirir. Türkiyənin sevinci sevincimiz, acısı acımızdır" - deyə birliyin sədri əlavə edib.

Diaspora