Ann Linde çağırış etdi: "9 noyabr bəyanatını tam yerinə yetirin"

Ann Linde çağırış etdi:  "9 noyabr bəyanatını tam yerinə yetirin" backend

Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər böyük narahatlığa səbəb olur.

APA-nın xəbərinə görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde özünün "Twitter" səhifəsində yazıb.

O, tərəfləri Azərbaycan, Rusiya və Ermənistanın hökumət başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməyə çağırıb.

"Ermənistan-Azərbaycan sərhədi boyunca təkrarlanan insidentlər barədə məlumatlar böyük narahatlığa səbəb olur. Tərəfləri son humanitar addımları inkişaf etdirməyə və həll edilməmiş məsələlərin dinc yolla həlli üçün 9 noyabr bəyanatını tam yerinə yetirməyə çağırıram", deyə A.Linde qeyd edib.

Diaspora