KTMT Kəlbəcərdə baş verənlərə münasibət bildirib

KTMT Kəlbəcərdə baş verənlərə münasibət bildirib backend

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən ciddi narahat olduqlarını bildirib.

Qazilər.az bildirir ki, bu barədə təşkilatın saytındakı açıqlamada qeyd olunub.

“Bölgədəki gərginliyin artması ciddi narahatlığımıza səbəb olur, bu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 Noyabr 2020-ci il tarixli bəyanatında təsbit edilmiş üçtərəfli formatlı razılaşmaların həyata keçirilməsinə mənfi təsir göstərə bilər”, - KTMT-nin yaydığı açıqlamada vurğulanır.

Stanislav Zas həmçinin güc tətbiqinin qəbuledilməz olduğunu qeyd edərək Rusiya Federasiyasının bölgədəki vəziyyəti sabitləşdirməyə yönəlmiş səylərini alqışladığını açıqlayıb.

Oxu.az

Diaspora