ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi 26 iyulda Ermənistan-Azərbaycan sərhədinə gəlib.
Qazilər.az bildirir ki, Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Amerikalı səfir Basarkeçər bölgəsindən Kəlbəcər istiqamətinə boylanıb.
Maraqlısı və təəssüf doğuranı budur ki, ABŞ-ın Bakıdakı səfiri Şuşaya səfər etməkdən imtina etdiyi halda, İrəvandakı səfir Ermənistan ordusunun sərhəddəki mövqelərinədək gəlir. Bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri də Zəngəzura gəlmişdi.