“Xameneinin fətvası Xameneinin silahlarına qalib gəlib!” - Ərdoğanın baş müşavirindən müdhiş AÇIQLAMA

“Xameneinin fətvası Xameneinin silahlarına qalib gəlib!” -  Ərdoğanın baş müşavirindən müdhiş AÇIQLAMA backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi M.Mücahit Küçükyılmaz Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadəyə etiraz edib.

Oxu.Az-ın məlumatına əsasən, Küçükyılmaz bununla bağlı “Twitter” hesabında paylaşım edib.

Türkiyə prezidentinin baş məsləhətçisi qeyd edib:

“Xamenei (İranın ali dini lideri) Ermənistana silah göndərərkən, Azərbaycan üçün də fətva göndəribmiş. Amma Xameneinin fətvası Xameneinin silahını məğlub edib”, - deyə Küçükyılmaz əlavə edib.

Qeyd edək ki, Hacı Allahşükür Paşazadənin iyulun 21-də bayram namazından sonra səsləndirdiyi bəyanat müzakirələrə səbəb olub.

O bildirib ki, Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı. 

Diaspora