"Xankəndinin özündən başlamaq lazımdır"

"Xankəndinin özündən başlamaq lazımdır" backend

Rusiya siyasi xadimi İrina Xakamada illər öncə telekanalların birində teledebat zamanı Rusiyanın qarşılaşdığı çətin durumdan, postsosialist və postsovet ölkərinin “ nankorluq” edib Rusiyadan üz çevirdiklərindən danışan opponentinə belə bir sual verdi:

 

“Heç bir dəfə özünüzə sual vermisinizmi ki, nədən bu ölkələr Rusiyadan üz döndərirlər, niyə Rusiya ilə məsafəli davranırlar? Heçmi Rusiya özündə günah görmür?” Sualı verdi və cavabını da özü söylədi.  

 

“Çox əzablar çəkmiş erməni xalqı” ifadəsi ermənilərin özünə məxsusdur. Deyirlər ki, ermənilərə çox əziyyət veriblər, dünya binnət olandan əzab çəkə-çəkə yaşayırlar. “ Guya ki, “genosid”ə məruz qalıblar, dünyaya səpələnməyə məcbur olublar və bu qəbildən çox “əzablı nağıllar” danışmağa adət ediblər.  Xakamadanın sözü olmasın, görəsən bu “ əzabkeş xalq” özünə sual veribmi ki, niyə dünyaya göz açandan əzab çəkirlər, “əzabkeşdirlər”? Özlərində bir az da olsun günah görürlərmi?

 

İkinci Qarabağ müharibəsində böyük məğlubiyyətə uğrayan ermənilərdən “başlarının əhləd daşı”ına dəyməsindən sonra ağllanmalarını gözləmək sadəlövhlük imiş. Bu qənaətə bir daha “çiçəyi burnunda” ( bu günlər erməni siyasilərindən çoxu belə “çiçəkli”dirlər) Xarici işlər naziri səlahiyyətlərini icra edən birinci müavin Armen Qriqoryanın simasında dünən-20 iyulda Ermənistanda akkreditasiya olan diplomatik missiyanın rəhbərləri ilə görüşdə gəldik. Görüşün açar söhbəti “Azərbaycanın Ermənistan ərazisini işğal etməsi” olub. Guya Azərbaycan Zəngəzuru, Göyçəni “tutub”, son günlər isə Naxçıvan istiqamətində “yeni gərginlik ocağı”yaradıb. 

 

Təzə diplomatbaşı dipmissiya qarşısında yeni əzabkeş obrazı yaradıb və beynəlxalq ictimaiyyəti qınayıb ki,dünya Qarabağ müharibəsinə “adekvat reaksiya” verməyib, ona görə də, Azərbaycan müharibədən sonra da siyasətində güc amilindən istifadə edir. Arada bizə “xox gəlib”, “Ermənistan Respublikası, erməni xalqı buna dözməyəcək, hüquqlarını müdafiə edəcək”- deyib, guya gücü varmış kimi silahli qüvvələrini tərifləyib. 

 

Və.., Armen Qriqoryan sonda əsil məqsədini açıqlayıb ki, münaqişə Minsk Qrupunun təklif etdiyi prinsiplərlə, o cümlədən, “öz müqəddaratını müəyyənetmə” ilə həll olunmalıdır.

Yəni, məlum oldu ki, ermənilər “ əzabkeş rolunda” olmağı, bunu siyasətlərinin leytmotivi və lokomotivi olduğunu bir daha təsdiqləyirlər. Erməni əsilli Amerika yazıçısı Uilyam Saroyan yazırdı:” Dünyada bütün ermənilər qırılsa və Yer üzündə cəmi iki erməni qalsa və onlar nə vaxtsa rastlaşsalar, mütləq torpaq əldə edib dövlət qurmaq haqqında danışacaqlar”. 

Torpağı olmayan, başqalarının torpaqlarına göz dikən bu millətin başına hələ çox əzablar gələcəyini indidən qətiyyətlə proqnozlaşdırmaq olar. 1895-96-cı illərdə, 1915-ci il Birinci Dünya müharibəsi zamanı Türkiyədə, 1905, 1918, 1988-1994, 2020 -ci illərdə Azərbaycanda torpaq davası ilə hansı vəhşiliklər törətdiklərinə XXI əsrin dünyası da şahidlik edir. İlləri sadalayıb “nəhayət” kəlməsini işlətmək olmur. Bu millət üçün “nəhayət” yoxdur, nə daşnakı, nə diplomat naziri üçün başlarına gələnlər dərs olmur, “dənizdən-dənizə” deyib, özgə torpaqlarına göz dikiblər və hər dəfə də gözləri çıxarılır, amma “gözü çıxmış qurd qardaşlarından” dərs götürmürlər. Onlara heç torpaq da lazım deyil, əgər belə torpaq sevən olsaydılar əllərində-ovuclarında olan ərazilərində yaşayardılar. İstəmirlər. Onlara Amerikada, Fransada, Rusiyada, Argentinada yaşamaq lazımdır, bu gün də bir yox, iki ayaqları da Ermənistan deyilən yerdən qaçır. Bunlarda vətən sevgisi yoxdur, olsaydı vətən bildikləri yerlərində yaşayardılar.

 

Bütün bunlar onsuz da bizə məlum idi, Xarici işlər naziri vəzifəsini təzəcə icra etməyə başlayan Qriqoryandan başqa siyasi gediş də gözləmirdik. Bunu bir daha xatırlatdıq ki, biz arxayın ola bilmərik. Ağır məğlubiyyətin səhərisi günündən düşmənin iddiaları ortadadır. İşğal altında saxladıqları ərazilərdən silahlı qüvvələrinin sayı azalsa da, tam tərk etməyiblər və bunlar sülhlə “ bostandan çıxası” deyillər. Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlılara, ermənidən artıq erməni olmaq istəyən Fransa prezidentinə, Amerikadakı diasporaya arxalanıb bizi beynəlxalq təzyiqin altında saxlamaq istəyirlər ki, bəlkə status sahibi oldular. İki aydan sonra müharibənin başlanmasından bir il ötəcək, bitməsinin də bir ilinə az qalıb. Düşmənin nə sərhəddə, nə də Qarabağda sülhə yaxınlaşması görsənmir, olmaycaq da, ta o vaxta qədər ki, üçtərəfli bəyanatın şərtlərinə əsasən keçmiş Dağlıq Qarabağ ərazisinə qaçqınlarımız yerləşəcək. 

 

Dövlət başçısının Moskva səfəri barədə mətbuata çox qısıtlı informasiya verilsə də, onun nəticələrinin müsbət tərəflərini yaxın günlərdən hiss edəcəyik. Yəni, bizim aktivliyimiz Xankəndi və ətrafı ilə bağlı aparacağımız siyasətdən məlum olacaq. Biz yenə də Qarabağda passiv olsaq, bu “əzabkeşlər” yeni yazıqlıq, amma həm də başqalarının əli ilə yeni təzyiq  formaları fikirləşəcəklər. Ermənilər istər Ermənistanda, istərsə də Xankənində indiki əhalinin yarısı qədər qalsalar da, siyasi liderləri, havadarları yeni “əzabkeş xalq” obrazı ilə hamının, o cümlədən bizim də zəhləmizi tökəcəklər. Əsrlərdir, “əzabkeşliyi”, əzilməyi, alçalmağı ilə fəxr edən bir toplumdan yaxamızı qurtarmaq üçün əsil tarixi məqam yetişib.

Xankəndinin özündən başlamaq lazımdır.

İlham İsmayıl

moderator.az

Diaspora