Siyasi partiyalar maliyyə hesabatını necə təqdim edəcək?

Siyasi partiyalar maliyyə hesabatını necə təqdim edəcək? backend

Nazirlər Kabineti “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik siyasi partiyaların illik maliyyə hesabatlarınıMaliyyə Nazirliyinə deyil, auditor rəyi ilə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim etməsi ilə bağlı tələbi müəyyənləşdirən “Siyasi partiyalar haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2014-cü il 30 sentyabr tarixli qanunun qəbulu ilə bağlıdır.

Beləliklə, “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”na edilən dəyişikliyə əsasən, siyasi partiyaların illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Mərkəzi Seçki Komissiyasıbu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verir.
Diaspora