Qənirə Paşayeva şəhid Rəvan Məmmədovun valideynləri ilə görüşüb

Qənirə Paşayeva şəhid Rəvan Məmmədovun valideynləri ilə görüşüb backend

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva şəhid Rəvan Məmmədovun valideynləri Samirə Məmmədova və atası İntiqam Əliyevlə Milli Məclisdə görüşüb. Q.Paşayeva şəhidin həyat və döyüş yolu və ailənin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb.

Q.Paşayeva ölkəmizin 44 günlük Vətən Müharibəsində əldə etdiyi uğuru böyük tarixi hadisə olaraq şərh edib, bu hadisəni bizə yaşadan şəhidlərin ruhuna hər bizimizin dərin ehtiram bəslədiyini söyləyib: “Bu ehtiramın ən yüksək örnəyini ali dövlət rəhbərliyimiz göstərir. Biz millət vəkilləri, məmurlar və başqalaraı da həmin örnəyi özümüzçün əsas bilirik. Xahiş edirəm, bizim salamlarımızı bütün doğmalarınıza çatdırasız. Hər zaman yanınızdayıq”.

Komitə sədri şəhid ailəsinə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Diaspora