"İlham Əliyev Türkiyə və Azərbaycanın Zəngəzur arzusunu reallaşdırır"- İşxanyan

"İlham Əliyev Türkiyə və Azərbaycanın Zəngəzur arzusunu reallaşdırır"-  İşxanyan backend

Tanınmış erməni hüquq müdafiəçisi Avetik İşxanyan son günlər azərbaycanlıların öz tarixi torpaqları olan Zəngəzura qayıdacaqları ilə bağlı səslənən fikirlərə münasibət bildirib.

Qazilər.az Azvision.az-a istinadla xəbər verir ki, mövzu ilə bağlı yerli mediaya açıqlama verən İşxanyan erməni cəmiyyəti ilə yanaşı mövcud hakimiyyəti də tənqid edib:

"Erməni "mütərəqqi" cəmiyyəti Azərbaycan Prezidentinin növbəti açıqlamasından narahat olub. Siz həqiqətən təəccübləndiniz yoxsa, qəzəbləndiniz? Xeyr, boşuna vaxtınızı itirirsiniz, sizin vətəniniz yoxdur. Siz illərdir Qarabağın Ermənistan olmadığını, bu problemin yaxşı yaşamağınıza və azərbaycanlılarla xoş münasibət qurmağına mane olduğunu təbliğ edirsiniz. "Artsax"ın (Qarabağdakı keçmiş qondarma rejim-red.) "yıxılması"nı alqışladınız, onu təslim edənin fikirlərinə-"Şuşa kədərli bir şəhər idi", "Şuşa Azərbaycan şəhəridir" heyran oldunuz. Siz Qarabağı qaytaran adamın Ermənistan Azərbaycan ərazilərinə nəzarət edir deyəndə qiyam etmədiniz. Ermənistan "əraziləri"nə (Qaragöl-red.) daxil olan düşməni evlərinə gəldiklərini bildirərək qəbul etdiniz. Sünikin (Zəngəzur-red.) təslim olmasını dəstəkləməyə davam edirsiniz".

O, Zəngəzur məsələsindən söz açarkən qeyd edib ki, Azərbaycan Prezidenti Türkiyə və Azərbaycanın arzusunu reallaşdırır. İşxanyan indiki Ermənistan rəhbərliyinin mövcud siyasəti sayəsində bu arzunun reallığa çevriləcəyinə inandığını da vurğulayıb.

"Beləliklə, özünüzü boşuna yormayın, amma səmimi olun. Düzünü desəm, bizdə İlham Əliyevin Ermənistanın əvvəllər mövcud olmadığı, bu tarixi torpaqların Azərbaycana aid olması barədə səsləndirdiyi fikirlərdə haqlı olmasına dair şayiələr yayılıb",-erməni hüquq müdafiəçisi bildirib.
 

Diaspora