Sərhəddə təxribatlar baş verir, Rusiya ittiham olunur?!

Sərhəddə təxribatlar baş verir,  Rusiya ittiham olunur?! backend

"Azərbaycanla Ermənistan arasındakı sərhəddə Ermənistan ordusu tərəfindən təxribatlar getdikcə daha çox baş verir. Bununla yanaşı, erməni və ermənipərəst ekspertlər baş verənlərdə Rusiyanı günahlandırır, Ermənistanı ABŞ və Fransanın iştirakı olmadan Bakı və Moskva ilə hər hansı danışıqdan imtina etməyə çağırırlar".

Musavat.com xəbər verir ki, bunu beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırması” yutub kanalının aparıcısı Yevgeni Mixaylov deyib.

O qeyd edib ki, bəzi erməni mütəxəssislərin səsləndirdikləri bu cür cəfəngiyatlara münasibət bildirmək çətindir:

“Rusiya Ermənistanı tamamilə süquta uğramaqdan qurtardı. İndi sərhəddə təxribatlar baş verir, sonra Rusiya ittiham olunur?! Məgər bu normaldır? ABŞ, Fransa və Ermənistanı dəstəkləyən digər ölkələrin iştirakı olmadan danışıqların rədd edilməsi nə cəfəngiyyatdır? Qarabağın hansı statusundan söhbət gedə bilər? Bu, Azərbaycanın bir hissəsidir!”

Mütəxəssis vurğulayıb ki, Ermənistanın bir dövlət kimi özünü doğrultmaması göz qabağındadır:

“Yalnız qonşuları ilə sülh şəraitində olduğu təqdirdə Ermənistanın iqtisadiyyatını bərpa etmək və sərhədlərini açmaq şansı var. Ancaq dünya erməniləri bunun baş verməməsi üçün hər şeyi edəcəklər. Bütün bu təxribatlar, Moskvanı ittiham etmək cəhdləri gülünc görünür, buna əhəmiyyət verməmək lazımdır”.

Ekspertin fikrincə, Ermənistanı bütün problemli məsələlərin qəti həllinə məcbur etmək üçün bir dəlil bazası yaratmaq lazımdır:

“İrəvan Rusiya hərbçilərini çətin vəziyyətə salaraq intiqam almaq barədə düşünməməli, təxribat törətməməlidir”.

Diaspora