Putin Zelenski ilə dialoqa hazırdır - Kreml

Putin Zelenski ilə dialoqa hazırdır -  Kreml backend

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski ilə dialoqa hazırdır.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, liderlərin görüşünə hazırlıq hələlik aparılmır.

Qeyd edək ki, Putinin “Ruslar və ukraynalıların tarixi birliyi haqqında” adlı məqaləsi dünən rus və ukraynca Kremlin saytında yayımlanıb. Bu məqalə ciddi müzakirələrə səbəb olub.