Ukraynanın erməniəsilli DİN rəhbəri istefa verdi - FOTO

Ukraynanın erməniəsilli DİN rəhbəri istefa verdi -  FOTO backend

Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa verib.

Qazilər.az xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində paylaşım edib.

İstefa ərizəsi ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat xidməti tərəfindən yayımlanıb.

Ukrayna Ali Radası istefa məsələsinə iyulun 15-də baxacaq.

Qeyd edək ki, A.Avakov 1964-cü ildə Bakıda anadan olub, milliyətcə ermənidir. O, 2014-cü ildən Ukraynanın daxili işlər naziri vəzifəsində çalışır. 

Diaspora