"Tovuz döyüşləri ilə Ermənistan Azərbaycanı Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarəti bərpa etməkdən çəkindirmək istəyib".
Qazilər.az Azvision.az-a istinadla xəbər verir ki, bunu Corctaun Universitetinin professoru, enerji məsələləri üzrə baş məsləhətçi Brenda Şaffer twitter hesabında Tovuz döyüşləri ilə bağlı paylaşdığı postda qeyd edib. Onun sözlərinə görə, Ermənistanın yeni ərazilər uğrunda yeni müharibə doktrinası əsasında başlatdığı Tovuz döyüşləri müharibənin birinci fazası hesab edilə bilər. Şafferin fikrincə, Ermənistan Azərbaycanı Qarabağ məslələsini müharibə yolu ilə həll etməyə məcbur edib.
- Azərbaycan "Cənub Qaz Dəhlizi" şəbəkəsini istifadəyə verməzdən əvvəl, Ermənistan gözlənilmədən Tovuza hücum etdi. Qaraqaya yüksəkliyini nəzarət altına almağa çalışan erməni ordusu, paralel olaraq, Naxçıvanı atəşə tutdu...General-polkovnik Polad Həşimovla birlikdə 12 Azərbaycan hərbçisi erməni qoşunları tərəfindən Tovuzda qətlə yetirildi. Bu, 2020 ci ilin payızında başlayan Vətən Müharibəsinin başlanğıcı idi,- deyə Brenda Şaffer yazıb.
B. Şaffer, Ermənistanın Tovuz döyüşlərindəki əsl niyyətinin "Azərbaycanı işğal altında olan torpaqlarına nəzarəti bərpa etməkdən çəkindirmək üçün döyüş arenasını genişləndirmək" olduğunu bildirib.