Moldovadakı soydaşlarımız UNESCO, UNEP, "Greenpeace" və Milli Coğrafiya Cəmiyyətinə müraciət edib

Moldovadakı soydaşlarımız UNESCO, UNEP, "Greenpeace" və Milli Coğrafiya Cəmiyyətinə müraciət edib backend

Moldova Azərbaycanlıları Konqresi (MAK) Oxçuçay fəlakəti barədə Moldovanın UNESCO-dakı Milli Komissiyasına, UNEP-in regional nümayəndəliyinə, "Greenpeace" beynəlxalq təşkilatına və Milli Coğrafiya Cəmiyyətinə (National Geographic Society) müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Qaziler.az-a bildirilib ki, Moldova Azərbaycanlıları Konqresinin sədri Elcin Bayramovun imzası ilə beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistan və Almaniya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və ölkə ərazilərinin böyük bir hissəsinin suvarılmasında əhəmiyyətli rol oynayan Araz çayına tökülən Oxçuçayın zəhərli maddələrlə çirkləndirilməsindən dərin narahatlıq ifadə edilib. Azərbaycanın ətraf mühitinə, unikal flora və faunasına dəhşətli ziyan vurulduğu, yaranmış vəziyyətin insan sağlamlığına böyük təhlükə olduğu, ekoterrorun miqyasının bütün bölgə üzrə genişlənə biləcəyi nəzərə çatdırılıb.

Moldovadakı soydaşlarımız beynəlxalq təşkilatları Oxçuçay ərazisindəki ekoloji vəziyyətin normallaşdırılması və dağıdılmış ekosistemin bərpası naminə dərhal hərəkətə keçməyə və lazımi tədbirlər görməyə çağırıblar.