"Səfirlərin Şuşaya getməkdən imtina etməsi birbaşa erməni havadarlığıdır"

"Səfirlərin Şuşaya getməkdən imtina etməsi birbaşa erməni havadarlığıdır" backend

Azərbaycana bəzi ölkələrin gözlənilən təzyiqləri başlanmışdır. ABŞ , Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etməsi bu ölkələrin Azərbaycanın tarixi qələbəsinə münasibəti və birbaşa erməni havadarlığıdır.

 

Bu sözləri Moderator.az-a Türkiyənin Ərciyəz Universitetinin professoru, İrəvan Türk Respublikasının təsisçisi Qafar Çaxmaqlı deyib.

Q.Çaxmaqlı bildirib ki, həm də gələcəkdə aparılacaq danışıqlarda mövqelərinin ifadəsi kimi qəbul edilməlidir. Ermənistanın işğaldan azad olunmamış Xankəndi və digər ərazilərlə bağlı arzu etdikləri "status" söhbətinin davam etdirilməsinə dəstək verməkdir. Ermənistan danışıqların Minsk qrupu çərçivəsində aparılmasına çalışır və bu ölkələrdə diplomatik fəaliyyətini də bu yöndə qurmaqdadır.  Status söhbətini daha sonrakı dövrə ertələməyi bəyan edən Rusiyanın da mövqeyində dəyişikliyin mənası odur ki, rusları məcbur edən bu dəyişikliklə Azərbaycana təzyiqlər daha ciddi xarakter daşıyacaqdır.

Amma həm Rusiya, həm də digər Minsk qrupuna daxil olan həmsədr ölkələrə açıq şəkildə bildirməyin vaxtı çatmışdır ki, heç bir statusdan söhbət getməyəcək... Azərbaycan bu olayı diplomatik sahəyə daşıyıb onların bu hərəkətinin arxasında duran cəhətləri deməlidir. Bəri başdan bu status söhbətinin olmayacağı da yenidən söylənməlidir. İctimaiyyət də bir şəkildə sözünü deməlidir, xalqın fikrinin ifadəsi də bilinməlidir.

Diaspora