"Azərbaycanlılar dövlətin nə olduğunu və onu necə qoruyacaqlarını bilirlər"- Aqababyan

"Azərbaycanlılar dövlətin nə olduğunu və onu necə qoruyacaqlarını bilirlər"-  Aqababyan backend

Ermənistanın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Alvina Aqababyan ölkəsinin ağır durumundan və hakimiyyətin aciz siyasətindən gileylənib.

Qazilər.az Azvision.az-a istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Aqababyan vətənini Azərbaycanla müqayisə apararaq hərbi məsələlərdə hələ də xeyli geri qalmalarına işarə vurub:

“Müharibədən sonrakı 8 ay ərzində Azərbaycan artıq Qarabağ bölgəsində 4-5 hərbi hissə açıb. Belə çıxır ki, onlar dövlətin nə olduğunu və onu necə qoruyacağını bilir və "min illik" tarixi, "zəngin" dövlətçilik təcrübəsi olan, Romadan belə qədim paytaxta sahib Ermənistan isə köçərilər kimi davranır".

Diaspora