“Arabo” terrorçusu: Sevinin ki, tək Zəngəzur gedir…

“Arabo” terrorçusu:  Sevinin ki, tək Zəngəzur gedir… backend

Ermənilər Nikol Paşinyana ona görə səs veriblər ki, onlar heç bir halda müharibə istəmirlər. Ermənistanda çoxları öz şəxsiyyətini və mədəsini istənilən maraqlardan üstün tutur.

Axar.az xəbər verir ki, bu barədə erməni KİV-ə müsahibəsində “Arabo” erməni terrorçu dəstəsinin yaradıcısı Manvel Yegiazaryan bildirib.

“Əgər erməni xalqı yaranmış vəziyyətdən yalnız Qarabağ və Zəngəzur üzərində nəzarəti itirməklə çıxa bilsə, mən bundan məmnun olacağam. Çünki İlham Əliyev bir neçə dəfə deyib ki, İrəvan qədim Azərbaycan şəhəridir. Sevinin ki, tək Zəngəzur gedir”, – deyə o bildirib.

Xatırladaq ki, terrorçulardan ibarət “Arabo” (adı əvvəlcə “Qaregin Njde” olub - red.) dəstəsi 1990-cı ilin əvvəllərində formalaşıb. “Arabo” batalyonu müharibə vaxtı Xocalı şəhərinə hücum və soyqırımda iştirakla ad çıxarıb. “Arabo” terrorçularının dinc əhaliyə qarşı qətllər, talanlar və zorakılıq aktlarında iştirakına dair çoxsaylı sübutlar mövcuddur.

Dəstə 1992-ci ildə Azərbaycan döyüşçüləri tərəfindən tamamilə məhv edilib.

Diaspora