“Azərbaycan istədiyini alıb, vəziyyəti gərginləşdirməyəcək” - Armen Qasparyan

“Azərbaycan istədiyini alıb, vəziyyəti gərginləşdirməyəcək” -  Armen Qasparyan backend

“Nəzəri olaraq Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirmək təhlükəsi var, lakin rəsmi Ankara bununla Rusiya kimi böyük bir dövlətlə münasibətləri pozmaq istəməz. Türkiyə bazasının Azərbaycanda yerləşdirilməsi Rusiyanın narazılığı ilə qarşılanacaq”.

Qazilər.az Bizimyol.info-ya istinadla xəbər verir ki, bu fikirləri Rusiya Federasiya Şurasının beynəlxalq məslələr üzrə Komitəsinin sədr müavini Vladimir Cabbarov səsləndirib.

“Türkiyə prezidenti Ərdoğan bu barədə Şuşadan da bəyanat verdi və Türkiyə artıq bir neçə dəfə öz hərbi bazasının yaradılması məsələsinə toxunub. Türkiyə  NATO ölkəsidir, Azərbaycan isə həm MDB üzrə Rusiyanın tərəfaşıdır, həm də keçmiş “qardaş” ölkədir. Azərbaycan prinsip etibarilə bu savaşdan istədiyini aldı, o indi şimal qonşusunun xətrinə dəyməməlidir. Mən hesab edirəm ki, bu mövzuda hələ danışıqlar aparmaq olar, Türkiyənin böyük şimal qonşusu ilə münasibətləri pozmaq istəyəcəyinə inanmıram. Mən diplomatları bu məsələnin  həllində aktiv iştiraka çağırıram”,- deyə o qeyd edib.

Tarixçi alim, politoloq Armen Qasparyan isə bildirib ki, Azərbaycanın Rus sülhməramlılarının nəzarəti altında olan əraizlərdə hansısa təxribat addımları atacağına inanmır.

“Azərbaycan mümkün risklərin dərəcəsini gözəl anlayır, indi Bakıda heç kimə problem lazım deyil. O istədiyini hərb yolu ilə aldı. Bunun  fonunda hansısa addımlar ataraq vəziyyəti gərginləşdirmək istəməyəcək”- deyə  Ermənistan politoloqu qeyd edib.

Diaspora