Peskovdan İrəvana Qarabağ mesajı: Alternativi yoxdur

Peskovdan İrəvana Qarabağ mesajı:  Alternativi yoxdur backend

"Qarabağ üzrə üçtərəfli razılaşmaların icrası çərçivəsində Azərbaycanla daim əlaqə saxlayırıq".

TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin Moskvada Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanla görüşündən sonra Azərbaycan tərəfi ilə hər hansı danışıqların planlaşdırılması ilə bağlı sualı cavablandırarkən bildirib.

“Azərbaycan tərəfi ilə əlaqə daimi əsasda davam etdirilir. Hamı razılaşır ki, üçtərəfli razılaşmaların icrası çox vacib və alternativsizdir. Elə məhz bu icra çərçivəsində də həm Ermənistan, həm də Azərbaycan tərəfi ilə əlaqə saxlanılır”, - Peskov deyib.