ABŞ Haiti prezidenti Jovenel Moizin öldürülməsi ilə əlaqəsinin olması barədə məlumatları qəti şəkildə rədd edir.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndə Ned Prays deyib.
“Haiti səfiri artıq sözügedən məlumatları təkzib edib. Bu məlumatlar tamamilə cəfəngiyyatdır, ABŞ bu alçaq addımı qınayır”, - deyə Prays bildirib.
Qeyd edək ki, bəzi mənbələr Haiti prezidentinin ABŞ-ın DEA Narkotiklərlə Mübarizə Təşkilatının əməkdaşları tərəfindən öldürüldüyünü iddia etmişdi.