Ermənistanda növbədənkənar parlament seçkisi ölkədəki böhranı həll etmədi, əksinə, onu daha da dərinləşdirdi. Ermənistan nə istəyir? İstəyir ki, ermənilərin əvəzinə hər şeyi KTMT və yaxud ruslar etsin, sərhədləri qorusunlar, ermənilərin əvəzinə döyüşsünlər, onların yerinə ölsünlər, hə?
Axar.az xəbər verir ki, bu barədə "Review" verilişinini efiri zamanı Ermənistan Respublikaçılar Partiyasının ali orqanının üzvü Eduard Şarmazanov bildirib.
“Hər şey çöküb, bu gün Ermənistanın suverenliyi qalmayıb. Böhran dərinləşib, indiki hökumət bunu çox gözəl anlayır. Siz bir onların üzlərinə baxın, orada nəsə pozitiv bir şey görə bilərsiz? Qorxu onların sifət cizgilərinə həkk olub. Ümumiyyətlə, Ermənistan və erməniləri üç şey məhv edəcək: həsəd, nadanlıq və nifrət”, - deyə o qeyd edib.