Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti xəbər verib.
Qeyd edilir ki, dövlət başçıları telefon danışığının gedişatında Ukrayna, Liviya və Qarabağı müzakirə ediblər. Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə reallaşıb.
Həmçinin, prezidentlər beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da müzakirələr aparıb.