“Ağdamın minalanmış ərazisi ilə bağlı xəritənin 50 faizi saxtadır”
Avropa Şurası Parlament Assambleyasında Ermənistanı təmsil edən Naira Zohrabyan deyir ki, orada Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidovla 40 dəqiqə söhbət etdim. Azərbaycanda saxlanılan erməni əsirlərin geri qaytarılmasının vacibliyini bildirdim. Səməd Seyidov dedi ki, Azərbaycan erməni əsirləri qaytarıb. Yerdə qalanlar terrorçudur. Ancaq xoş mərama sahib olan Azərbaycan bütün əsirləri rəsmi İrəvana təhvil verə bilər. Bunun üçün Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. O, həmçinin bildirib ki, Ağdamın minalanmış əraziləri ilə bağlı Ermənistanın təqdim etdiyi xəritənin 50 faizi saxtadır.
Naira Zohrabyan qeyd edir ki, Ermənistanın əlində azərbaycanlı əsir yoxdur. Xanım deputat Avropa Şurası Parlament Assambleyasındakı deputat həmkarlarına müraciət edərək Avropanı Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.
Musavat.com