“Ermənistan təklikdə silah istehsal edə bilməz” - Radik Martirosyan

“Ermənistan təklikdə silah istehsal edə bilməz” -  Radik Martirosyan backend

“Ermənistan yalnız digər ölkələrlə birlikdə geniş miqyasda silah istehsal edə bilər”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Radik Martirosyan bildirib.

Onun sözlərinə görə, ölkəsi müstəqil şəkildə silah istehsalını təşkil edə bilməz. “Geniş miqyasda silah istehsalını məhdud resursları olan bir ölkələr təşkil etmək qabiliyyətində deyil. Belə bir ölkənin digər ölkələrlə birlikdə çalışması başqa bir məsələdir. Erməni alimlərinin belə təcrübəsi var”, – deyə Martirosyan əlavə edib.

O, dünyada yalnız 5 ölkənin silah satışında iştirak etdiyini vurğulayıb.

Diaspora