"Paşinyan Rusiyanın icazəsi ilə öna görə təkrar seçilib ki..."

"Paşinyan Rusiyanın icazəsi ilə öna görə təkrar seçilib ki..." backend

Biz Rusiya ilə necə münasibət qurmalıyıq ki, Putinin dostu İlham Rəhimovun dediyi kimi, bir müddət sonra onlar çıxıb getsinlər? Paşinyan 10 noyabr razılaşmasına əməl etməyəcəyi təqdirdə onu necə cəzalandırmalıyıq? Hansısa bənd işləməsə, Azərbaycan hansı addımı atmalıdır?

Politoloq Qafar Çaxmaqlı Moderator.az-ın suallarını aşağıdakı kimi cavablandırıb:

"Zənnimcə, Rusiya burada müvəqqətidir, məhəlli maraqlarını təmin etmək üçün gəlib. Onun çıxıb getməsi burada baş verən proseslərdən asılıdır. Türkiyə məsələlərə daha aktiv şəkildə müdaxilə edərsə, rusların təsir gücü azalar. Rusiyanın burda olmasını ermənilər istəyir, indiki halda onları özlərinin təhlükəsizlik qarantı sayırlar. Əgər Ermənistanla Azərbaycan arasında inteqrasiya prosesləri gedərsə, rusların burada qalmasına ehtiyac olmayacaq. O zaman ermənilər özləri bunu istəməyəcəklər. Ermənistanın gələcəyi Rusiya ilə əlaqəli olmayacaq. Rusiya ilə də münasibətlər Azərbaycan və Türkiyə üzərindən olmalıdır. Ömürlük burda qalmaq Rusiya üçün də məqbul deyil. İndilik müəyyən maraqlarını təmin edir, sabah bunların heç bir mənası olmayacaq. 4 il tarix üçün qısa bir müddətdir. Rusiya ilə işləməklə bağlı daha öncələr də fikirlərimi bildirmişəm. Biz sülhməramlıları öz missiyalarını yerinə yetirməyə məcbur etməliyik. Bunun biri DağlıQarabağın işğaldan azad olunmamış hissəsinə azərbaycanlıların geri qaytarılıb yerləşdirilməsidir. Məncə, bu sahədə işbirliyi edilə bilər. Paşinyan öna görə təkrar seçilib ki, həmin öhdəlikəri yerinə yetirsin. Rusiyanın özü də onun qalib gəlməsinə imkan verdi. Bəyannamənin bütün maddələri bu ilin içində həyata keçəcək. Düzdür, o bəzi cığallıqlar elədi, amma seçkini udmaq üçün idi bütün bunlar. İndi qarşıda Paşinyandan biz sərhədlərin müəyyənləşməsi, Zəngəzur dəhlizinin açılması və nəhayət, böyük sülh müqaviləsinə gedilməsi siyasətini gözləməliyik".

Diaspora