Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanı ölkədə keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətindən məlumat yayılıb.
Lukaşenko Minsk və İrəvan arasında müxtəlif sahələrdə əməkdaşlığın iki ölkə xalqlarının dostluğu və firavanlığı naminə inkişaf edəcəyini bildirib.