Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın “Şərəf Duyuram” bloku ölkədə keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb.
Axar.az xəbər verir ki, Sərkisyannın bloku seçkilərin nəticələrini tanımayıb.
Bəyanda qeyd olunub ki, seçkilər siyasi prosesin tərkib hissəsi olmadı, ölkəni uçurumdan uzaqlaşdırmaq üçün hazırlanmış yol xəritəsinə çevrilmədi.
“Bu seçkilər Ermənistan və “arsax”ın (qondarma və keçmiş “dqr” nəzərdə tutulur – red.) təhlükəsizlik, sabitlik və layiqli gələcək məsələlərini həll etmədi. Təslimçi milli maraqlarımızı başqalarına tabe etməyə davam edir. Son Qarabağ müharibəsindəki ərazi və insan itkilərini qanuniləşdirmək və Ermənistanı geosiyasi bazarlıqda alver predmetinə çevirmək üçün əldə edilmiş nəticələri tanımadığımızı bildiririk. Mübarizə davam edir”, - bəyanatda qeyd olunub.