Ərdoğandan mühüm anons - Zəngəzur dəhlizi tezləşə bilər

Ərdoğandan mühüm anons -  Zəngəzur dəhlizi tezləşə bilər backend

Aydın Mirzəzadə: “Mümkündür ki, artıq Rusiya tərəfi ilə bu məsələnin müzakirəsi gündəmdədir” 

Azərbaycana səfərdən qayıtdıqdan sonra yerli TV-yə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazdakı situasiya barədə danışarkən deyib ki, tezliklə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Maraqlıdır ki, o, Azərbaycan Prezidenti İlham Əliyevin də Putinlə görüşəcəyini deyib.

Ərdoğan bildirib ki, Rusiyanın “Zəngəzur dəhlizi”nin açılmasını gecikdirmək niyyətində olduğunu düşünmür, əksinə, Putin layihəni reallaşdırmaq istəyindədir. Siyasi təhlilçilər hesab edir ki, ABŞ Prezidenti Co Baydenlə görüşlərindən az sonraya təsadüf edəcək Ərdoğan-Putin təması yəqin ki, həm də “saat əqrəblərini tutuşdurmaq” məqsədi güdəcək.

Bəs bu görüş konkret olaraq bölgəmizə nə vəd edir, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Ərdoğan-Putun görüşündən sonra, nəhayət, tezləşə bilərmi?

Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türkiyə Prezidentinin belə bəyanat verməsinə əsas var: “Mümkündür ki, artıq Rusiya tərəfi ilə görüş keçirilməsi və bu məsələlərin müzakirə edilməsi gündəmdədir. Qafqazda gedən proseslərə Rusiyanın və Türkiyənin təsiri həddən artıq böyükdür. Onlar ənənəvi olaraq da bu regional sıx bağlıdırlar. Onların mövqeyindən çox şey asılıdır. Türkiyə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Rusiya uzun müddətdir ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, müharibə dövründə isə Azərbaycanın öz torpaqlarını azad etməsini onun suveren hüququ kimi qiymətləndirdi. Vətən müharibəsindən sonrakı dövrün necə olacağı, hər üç Cənubi Qafqaz ölkəsi və ona sərhəd olan ölkələrin münasibətindən çox asılıdır.

Aydın Mirzəzadə: Ermənistan növbəti dəfə özünün Azərbaycan tərəfindən çox  sərt siyasi zərbəsini aldı

Aydın Mirzəzadə 

Azərbaycan və Türkiyə çox unikal və region ölkələrinin maraqlarına xidmət edən bir platforma təklif edir. Bu platformaya görə, Rusiya və İran da birgə əməkdaşlığa dəvət edilir. Şübhəsiz ki, Türkiyə Prezidentinin belə bəyanat verməsinə əsas var. Mümkündür ki, artıq Rusiya tərəfi ilə görüş keçirilməsi və bu məsələlərin müzakirə edilməsi gündəmdədir. Belə bir platformanın yaradılması bu gün Rusiyanın da marağındadır. Cənub sərhədlərində hər hansı təhlükənin aradan qaldırılması, Rusiyanın bu regiona vasitəsilə dünya bazarına daha geniş çıxış imkanı əldə etməsi, ticarət iqtisadi əlaqələri möhkəmləndirməsi də bu platforma vasitəsilə mümkündür. Eyni zamanda, Azərbaycan-Rusiya münasibətləri də həmişə yüksək səviyyədə olub və bu gün də yüksək səviyyədədir. Şübhəsiz ki, region məsələlərinin müzakirəsində Rusiya ilə də məsləhətləşmələrin böyük əhəmiyyəti var. Bu, həm region məsələləri, həm də ikitərəfli məsələlərin həllində böyük rol oynayacaq".

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin Rusiya dövlət başçısı ilə görüşlərində heç şübhəsiz ki, Zəngəzur dəhlizinin açılması məsələsi də müzakirə ediləcək: “Bu məsələ Rusiyanın da marağındadır. Dəhliz regionda ticarət, iqtisadi əlaqələri genişləndirəcək, loqistik məsələlərin həllində böyük rol oynayacaq və Rusiyanın da bu işdə böyük marağını nəzərə alaraq problemin tezliklə həll edilməsinə inanmaq olar. Ermənistan bundan kənarda qalacaqsa bu, ilk növbədə dəhlizin açılmasında marağı olan Rusiya ilə münasibətlərinin daha da pisləşməsinə səbəb olacaq. Digər tərəfdən, nəzərə alaq ki, Ermənistan özü dəhlizin açılmasından böyük iqtisadi fayda götürə bilər. Yəqin ki, bu amillər İrəvanın nəzərinə çatdırılacaq”.

Ermənistan yaranmış vəziyyətdən nəticə çıxarmalıdır. O. bilməlidir ki, ancaq və ancaq qonşu dövlətlərin ərazi bütövlüyünü tanımaqla, qonşu dövlətlərlə sıx əminamanlıq şəraitində yaşamaqla ölkəsinin mövcudluğunu qoruyub saxlamış olur: “Ermənistanda hakimiyyətə gələcək istənilən şəxs Türkiyə və Azərbaycanla münasibətləri düzəltməyi qarşısına məqsəd qoymalıdır. Azərbaycan və Türkiyə Prezidentlərinin təklfiləri bu gün regiona ölkələrinin hər birinin tam marağındadır. Şübhəsiz ki, qarşıda gözlənilən Rusiya Prezidenti ilə görüşdə də bu məsələlər bir daha hərtərəfli müzakirə ediləcək”.

Deputat həmçinin qeyd etdi ki, Rusiya regionda “altılıq” formatında yeni əməkdaşlıq modelini rəsmən dəstəklədiyi halda Ermənistanda yeni qurulacaq hakimiyyət bununla razılaşmalıdır.

 

Diaspora