Ərdoğan: “İŞİD-in 4500 üzvünü zərərsizləşdirmişik”

Ərdoğan:  “İŞİD-in 4500 üzvünü zərərsizləşdirmişik” backend

İŞİD terror təşkilatının 4500 üzvünü zərərsizləşdirmişik.

APA-nın xəbərinə görə, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, 430 min suriyalının təhlükəsiz şəraitdə ölkələrinə geri qayıdışı təmin edilib.