Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb backend

Antalyada keçirilən Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşüb.

Görüşdə türk dünyasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan XİN rəhbərinin iranlı və əfqanıstanlı həmkarları Cavad Zərif və Məhəmməd Hənif Atmarla da görüşləri olub.

“İkitərəfli əməkdaşlıq üzrə gündəlik, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri barədə dostcasına fikir mübadiləsi apardıq”, - deyə Ceyhun Bayramov özünün “Twitter” səhifəsində qeyd edib.

">http://

Diaspora