"Rusiya Qarabağdakı vəziyyətin sabitləşdirilməsilə bağlı Türkiyə, Azərbaycan və Ermənistanla yaxından təmasdadır".
TASS xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Fikrimizcə, atılan bütün addımlar Cənubi Qafqazdakı vəziyyətin daha da sabitləşməsinə, infrastrukturun, nəqliyyat-logistika əlaqələrinin inkişafına, bütövlükdə vəziyyətin yoluna qoyulmasına xidmət etməli, həmçinin gərginliyi artıracaq hər hansı ünsür daşımamalıdır”, - o qeyd edib.