İranın yeni prezidenti bu şəxs ola bilər – Politoloq

İranın yeni prezidenti bu şəxs ola bilər –  Politoloq backend

İranda sabah prezident seçkisidir. Seçkiyə 7 namizəd qeydə alınmışdı, 3-ü namizədliyini geri götürdü.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, namizədliyini geri götürənlər bunlardır: Əlirza Zakani, Səid Cəlili və Möhsün Mehrəlizadə:

“Birinci iki siyasətçi namizədliklərini mühafizəkarların lideri sayılan İbrahim Rəisinin xeyrinə geri götürdüklərini bildiriblər. Hər ikisi tərəfdarlarını seçkidə İbrahim Rəisiyə səs verməyə çağırıb. İslahatçı namizəd sayılan Möhsün Mehrəlizadə isə tərəfdarlarına dəstək çağırışı etməyib. Bununla Əbdülnasir Həmmati seçkidə yeganə islahatçı namizəd kimi qalıb. Böyük ehtimalla Əlirza Zakani və Səid Cəlili namizədlikləri qeydiyyatdan keçməzdən əvvəl İbrahim Rəisini dəstəkləyəcəklərini müəyyənləşdirmişdilər. Yəni hər iki namizəd faktiki İbrahim Rəisinin “layihəsi” olub. İranda keçirilən son rəy sorğusu prezident seçkisində İbrahim Rəisinin qələbə çalacağını göstərir. İbrahim Rəisi son sorğunun nəticəsinə görə 57 faizlə irəlidədir. O biri namizədlər 2-5 faiz arasındadırlar.

Misal üçün namizədliklərini geri götürən 3 namizədin toplam reytinqi 5 faiz civarında idi. Ancaq İranda sorğu nisbi xarakter daşıyır. Son sözü həmişəki kimi ölkə əhalisinin əksəriyyətini təşkil edən İran gəncliyi deyəcək və sürpriz istisna deyil”.

Diaspora