Yunanıstan mediasında azərbaycanlı jurnalistlərin ailələrinə başsağlığı verilib

Yunanıstan mediasında azərbaycanlı jurnalistlərin ailələrinə başsağlığı verilib backend

Yunanıstanda fəaliyyət göstərən "Qala"` Yunanıstan–Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun təşəbbüsü ilə bu ölkənin "Karfitsa" xəbər saytında azərbaycanlı jurnalistlərin mina partlayışında həlak olduqları və yaralandıqları barədə məlumat yayılıb.

Xəbərdə bildirilib ki, faciəli hadisə Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində baş verib. Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Susuzluq kəndinin icra nümayəndəsinin müavini Arif Əliyev xidməti vəzifələrini yerinə yetirərkən həlak olublar, 4 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

  Mina qurbanlarının ailə üzvlərinə dərin hüznlə başsağlığı verən "QALA" cəmiyyəti bu hadisəni dinc sakinlərə qarşı erməni vandalizminin daha bir nümunəsi kimi qiymətləndirib.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/dimosiografoi-sto-azerbaitzan-skotothikan-kai-travmatistikan/