“Biz Cənubi Qafqazın sülh bölgəsi olmasını istəyirik”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalya Diplomatiya Forumu ilə bağlı keçirilən brifinqdə deyib.
O bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsindən hamı, o cümlədən Ermənistan və erməni xalqı faydalanacaq.
“Ermənistan öz-özünü təcrid edib. Ermənistanın səhvləri ucbatından qonşuları ilə münasibətləri yaxşı deyildi. Ümid edirik ki, Ermənistan öz səhvlərindən nəticə çıxaracaq”, - deyə M. Çavuşoğlu qeyd edib.