“Ərdoğan demək istəyir ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı...”

“Ərdoğan demək istəyir ki, Ermənistan Azərbaycan və Türkiyəyə qarşı...” backend

"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Şuşadan Ermənistana etdiyi əvvəlki çağırışını təkrarladı: “Atəşkəs anlaşmasından sonra bütün tərəflər arasında yeni əməkdaşlıq imkanları yaranıb. Ermənistan ona uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmalı, ortaq gələcəyi birlikdə qurmaq fürsətindən yaxşı istifadə etməlidir”".

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Rəcəb Təyyub Ərdoğan daha əvvəl təklif etdiyi ““3+3” əməkdaşlıq platformasını xatırladıb:

"“Bu platformada Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı nəzərdə tutulur. Bu platforma ilə birlikdə bölgənin sülh içərisində yaşamasını istəyirik. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Hörmətli Vladimir Putin də bu cür fədakarlığa hazırdır”.

Türkiyə Cumhurbaşqanı bununla demək istədi ki, 1) Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçib hər iki qonşusunun ərazi bütövlüyünü tanıyarsa sərhədlər açıla və diplomatik münasibətlər qurula bilər; 2) Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmamalı və tam əksinə özü bu dəhlizdən istifadə etmək imkanı qazanmalıdır".

"Buna baxmayaraq, Ermənistan bu gün o hayda deyil ki, Ərdoğanın Şuşada söylədiyi konstruktiv təkliflərə müsbət cavab versin. Ermənistandakı siyasi qüvvələr seçkiqabağı təbliğatlarını anti-türk əhval ruhiyyəsində davam etdirirlər. Ermənistanda formalaşacaq yeni hökuməti gözləmək lazım gələcək. Ancaq seçkidən sonra xaosun davam edəcəyi, hətta meydanda qarşıdurmaların şahidi ola bilərik. Ərdoğan Ermənistana çağırış edərkən təsadüfən Rusiya prezidenti Vladimir Putini xatırlatmadı. Əslində Ərdoğan Putinə çağırış etdi ki, Kreml sahibi Rusiyadan asılı olan Ermənistana ağıl qoysun. Şuşa bəyannaməsində Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması zərurəti ilə bağlı cümlə yer alıb, yəni Ermənistan çağırışıa müsbət cavab verməsə bu məsələ onun iştirakı olmadan da bölgə ölkələrinin xeyrinə həll olunacaq", - deyə E.Şahinoğlu qeyd edib. (yenisabah.az)

Diaspora