Türkiyə Milli Müdafiə Nazirliyi Şuşa ilə bağlı maraqlı videoçarx paylaşıb

Türkiyə Milli Müdafiə Nazirliyi Şuşa ilə bağlı maraqlı videoçarx paylaşıb backend

"Şuşanı işğaldan azad edən qəhrəman Azərbaycan Ordusunu salamlayırıq"

Türkiyə Milli Müdafiə Nazirliyi maraqlı bir videoçarx hazırlayıb.

Videoçarxda Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun zəfərləri, xüsusilə Şuşa zəfəri, Zəfər paradı, paradda iştirak edən Türkiyə hərbçiləri ilə yanaşı aşağıdakı şərh qeyd olunub.

"Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti cənab İlham Əliyevin tarixi bir səfər həyata keçirdikləri gözəl Şuşanı işğaldan azad edən qəhrəman Azərbaycan Ordusunu və qəhrəman Azərbaycan türkü qardaşlarımızı salamlayırıq". (musavat.com)

Diaspora