Türkiyənin Şuşada Baş konsulluğu açılacaq.
Qaziler.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün birgə keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, ən qısa zamanda Türkiyənin Şuşada Baş konsulluğu açılacaq: “Beləcə bölgədə gerçəkləşdirəcəyimiz fəaliyyətimizin daha sürətli və səmərəli olmasını təmin edəcəyik”.
Qaziler.az bununla bağlı videonu təqdim edir:
 
                                                     
                                                     
                                                
                     
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
