"Dağlıq Qarabağda 30 ildən sonra gec də olsa ədalət bərqərar edildi və bölgədə sülh yenidən bərpa olundu".
APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldə NATO sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
Ərdoğan deyib ki, regionda münaqişənin yerini rifah və daimi sülh əvəz edib: "Ölkəmizin sərhədləri kənarında dəstəklədiyimiz bu əməliyyatlara ittifaq tərəfindən də güclü dəstək verilməsini zəruri hesab edirik".