“Haber Global” Ağdamın mina xəritələrinin Ermənistandan alınması barədə süjet hazırlayıb - VİDEO

“Haber Global” Ağdamın mina xəritələrinin Ermənistandan alınması barədə süjet hazırlayıb -  VİDEO backend

Türkiyənin “Haber Global” telekanalı Ağdam rayonunun mina xəritələrinin Ermənistandan alınması barədə süjet hazırlayıb.

Süjetdə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələrin Azərbaycana təqdim edilməsinin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, bu, ərazidə aparılan bərpa işlərini sürətləndirəcək və on minlərlə insanın həyatını təhlükədən xilas edəcək.

Həmçinin, videomaterialda Gürcüstan hökumətinin, ABŞ dövlət katibi Antoni Blinken və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolu xüsusilə qeyd olunub.

Diaspora