Ermənistanın Ağdam rayonu üzrə mina xəritələrini Azərbaycana təhvil verməsindən sonra ölkəsinə qaytarılan 15 hərbçinin görüntüləri yayılıb.
Qazilər.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Qeyd edək ki, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Oxu.az